Kirmanşah yeni zərbələrə məruz qalıb | VİDEO

   Kirmanşah yeni zərbələrə məruz qalıb    | VİDEO
  23 İyun 2025    Oxunub:694
İsrail ordusu (ÇAXAL) İranın Kirmanşah şəhərinə zərbələr endirib.
AzVision.az xəbər verir ki, ÇAXAL-ın Telegram-kanalında bu barədə məlumat yerləşdirilib.

“İsrailin Hərbi Hava qüvvələri (HHQ) hazırda İranın Kirmanşah şəhərində hərbi infrastruktura zərbələr endirir”, - xəbərdə deyilir.

Daha əvvəl ÇAXAL İsrail aviasiyasının paytaxt Tehranda və İranın qərbində yerləşən hərbi obyektlərə 30 hərbi sursat atdığını bildirmişdi.

ABŞ İrana zərbələr endirib | VİDEO
Hərbçilər Tehranda zenit raketləri üçün buraxılış qurğusunun vurulduğunu iddia ediblər. İsrail qoşunlarının İranın hərbi potensialını sarsıtmaq üçün səylərini davam etdirəcəyi açıqlanıb.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf Fordodakı uranın zənginləşdirilməsi zavodu olub. Onun sentrifuq zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülmüşdür ki, bu da obyekti faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edirdi.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Kirmanşah  



Xəbər lenti